https://news.day.az/azerinews/1348328.html Hollivud ulduzu toy borcuna görə döyülüb - FOTO Amerikalı aktyor Maylz Teller Havay adalarında istirahət zamanı hücuma məruz qalıb. Day.Az  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TMZ öz mənbələrinə istinadla xəbər yayıb. Bildirilir ki, naməlum şəxslər ulduzu "Monkeypod Kitchen" restoranının ayaqyolunda döyüblər.

Hollivud ulduzu toy borcuna görə döyülüb - FOTO

Azərbaycanca, 3 июня 2021 01:14 (UTC +04:00) 807
Hollivud ulduzu toy borcuna görə döyülüb

Amerikalı aktyor Maylz Teller Havay adalarında istirahət zamanı hücuma məruz qalıb.

Day.Az  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TMZ öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, naməlum şəxslər ulduzu "Monkeypod Kitchen" restoranının ayaqyolunda döyüblər.

İnsayder bildirir ki, münaqişəyə səbəb aktyorun toy mərasimini təşkil edən Maui  şirkətinə borclu qalması olub.

Hücumçulardan birinin xanımı 2019-cu ildə model Kelli Sperri ilə evlənən aktyorun toy mərasimini təşkil edənlərdən olub.

Hadisə şahidlərinin sözlərinə görə, Tellerə hücum edənlər cütlüyün 60 min dollar borcları qaldığını xatırladıb.

34 yaşlı aktyor ciddi travma almayıb.

Aktyorun arvadı hücumun toya görə olduğunu inkar edir.

Qeyd edək ki, Teller "Divergent", "Whiplash", "War dogs", "Only the Brave", "Fantastic Four" və "The Spectacular Now" filmlərdəki rolları ilə tanınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости