Ermənistan Putinə xəyanət etdi: İrəvan bu gün satıldı
Həm ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr ölkəsi təki, həm də Vaşinqtonla Parisin erməniləri ələ almaq planlarına mane olmaq üçün.
Rusiya rəhbərliyini düşünürdü və əslində indi də ehtimal edir ki, Qərbin planlarına mane olmaqdadır.
Kreml növbəti dəfə yanılır, özü də bu dəfə səhv daha ağır və daha ciddidir.
Bu gün bəyan edildi: Avropa Birliyi Ermənistana 2,6 milyard avro məbləğində təmənnasız maliyyə yardımı verəcək.
Avropa Şurasının sədri Şarl Mişel İrəvanda Ermənistanın baş nazir səlahiyyətlərinii icra edən Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə belə deyib.
"Yanınızdayınq və bir daha bəyan edirik ki, Ermənistanın prioritetlərinə dəstək olmaq üçün 2,6 milyar avro məblətində maliyyə paketini verməyə hazırıq. Bu maliyyə infrastruktur, rəqəmsal gündəm, iqlim, nəqliyyat, demokratik islahatlar və s. kimi məqsədlərə sərf ediləcək", - Ş.Mişel vurğulayıb.
45 yaşlı belçikalı siyasətçi Ş.Mişelin Ermənistana səfəri əslində Avropa Birliyinin Cənubi Qafqazla bağlı yeni strategiyasının və yeni zamanda taktikасынын reallaşdılimasında ilkin mərhələ sayıla bilər.
Bunu Şarl Mişel İrəvandakı brifinqində də açıq deyib. Onun sözlərinə görə, regionda sülh və stabiliiyin əldə olunması üçün Azərbaycanla Ermənistan 4 əsas məsələ ilə bağlı qarşılıqlı güzəştlərə nail olmalıdırlar.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllində Avropa Birliyi ATƏT-in Minsk Qrupu çərçivəsində proseslərə dəstək verməyə hazırdır.
Yaxın, orta və uzaq perspektivdə Ş.Mişel Ermənistanla Azərbaycanın bu 4 şərtə əməl etməsini "arzuladığını" bəyan edib:
1. Aqressiv ritorikadan imtina, əsirlərin tamamən qaytarılması və minalanmış ərazilərin xəritələrinin verilməsi
2. Azərbvaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası məsələsinin danışıqlar yolu ilə həlli
3. Mümkün əməkdaşlıq yollarının, o cümlədən nəqliyyat kommunikasiyalarnını açılmasının müzakirəsi
4. Dağlıq Qarabağın status və sülhцn əldə olunması
... Göründüyü kimi, Şarl Mişelin İrəvanda səsləndiyi 4 şərt əslində Azərbaycana təzyiq cəhdidir. Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra 44 günlük savaşın dayandırılması bölgədəki ən böyük sülh uğurudur.
Lakin həmin bəyanat imzalanandan sonra işğaldan azad edilmiş ərazilərimizdəki erməni hərbçilərinin terror aktları, diversiyalarla məşğul olması, hərbçilərimizə və dinc vətəndaşlara atəş açması terrorçuluqdur.
Hazırda Bakıda məhkəmə prosesləri gedənlər də hərbi əsirlər yox, terrorda və diversiyalarda şübhəli bilinənlərdir.
"Dağlıq Qarabağın statusu" məsələsinə gəldikdə isə, belə problematika ümumiyyətlə, artıq gündəmdə deyil. Çünki Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur.
"Dağlıq Qarabağ" ifadəsi də anaxronizmdir - olan Qarabağdır.
Şarl Mişel артыг Бакыдадыр və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Danışıqlar zamanı şübhə yoxdur ki, Ş.Mişel bölgədə stabil sülhün əldə olunmasında Avropa Birliyinin "hansı rol oynaya biləcəyi" təki ritorikanı səsləndirəcək.
Fəqət, Şarl Mişel Bakıda ilk əvvəl bir suala cavab verməlidir: müharibə başa çatandan sonra kapitulyasiya etmiş işğalçı ölkəyə göstəriləcək yardımın məbləği nə üçün, hansı səbəbdən 28 il ərzində əraziləri işğalda olan, şəhər və kəndləri urbisidə məruz qalan, yaşayış məntəqələri darmadağın edilən ölkə üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin məbləğindən çoxdur?
Belə ki, Ermənistana 2,6 milyard avro ayırmağı nəzərdə tutan Avropa Birliyinin Azərbaycana ünvanlamağı düşündüyü məbləğ 150 milyon авродур.
Halbuki Azərbaycan 28 illik erməni işğalında viran qoyan rayonlarını faktiki olaraq həyata qaytarmalı, şəhər və kəndləri yenidən tikməli, zəruri infrastruktur inşa etməlidir.
Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelinin açıqlamasını unutmamışıq: "Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Rəsmi Bakı yardımlara yox, qarşılıqlı sərfəli tərəfdaşlığa üstünlük verir" və s.
Şarl Mişel və Oliver Varheli sadəlövh deyillər, bizi də sadəlövh hesab etməsinlər. Brüsselin maliyyə yardımlarının arxasında həminə geosiyasi planlar və geostratejit prioritetlər durur.
Əks təqdirdə Avropa Birliyinin ən çox maliyyə yardımı etdiyi ölkələr Somali, Eritreya, Lesoto, Cənubi Afrika, Şərqi Timor və ya Venesuela olardı.
Avropanın yardımı ehtiyacı olan dövlətlər üçün yox, Avropa Birliyinin siyasi və strateji ehtiyaclarının ödənməsi üçündür.
Bu səbəbdən də Avropa Şurasının sədrinin Cənubi Qafqaza turnesinin Ermənistandan başlaması təəcъüblü yox, gözlənilən məsələdir.
Mişelin İrəvan voyajının başlıca və ümdə məqsədi Rusiyanın Cənubi Qafqazdakı "quberniyası" statuslu, istisnasız olaraq bütün məsələlərdə Moskvadan asılı kiçik və yoxsul, kapitulyasiyaya uğramış və ümidsiz ölkəni Avropa Birliyinin maraqlar orbitinə daxil edilməsi istiqamətində konkret addımların atılması idi.
Şarl Mişelin ermənilərə müəyyən "hədiyyə"lər edəcəyi, preferensiyaları səsləndirəcəyi də gözlənilirdi.
Lakin onun İrəvanda Nikol Paşinyanla birgə brifinqdə səsləndirdiyi açıqlamalar və xüsusilə də Avropa Birliyinin Ermənistana 2,6 milyard avroluq maliyyə yardımı edəcəyini deməsi siyasi mina partlayışı sayıla bilər.
44 günlük İkinci Qarabağ Müharibəsində darmadağın edilən, iqtisadiyyatı çökən Ermənistana ötənilki dövlət büdcəsinin həcmində pul veriləcək.
Özü də 2,6 milyard avro ilk tranş, Avropa Birliyinin Ermənistana ünvanlayacağı maliyyə axınının ilkin mərhələsidir.
Mişelin dediklərinə görə, "Ermənistanı xilas planı" adlandırıla biləcək maliyyə yardımları paketi ermənilərə iqtisadiyyatlarını bərpa etmək üçün yeni layihələri reallışdırmaqda yeni məbləğlər almasını nəzərdə tutur.
Şarl Mişelin bəyanatları Ermənistanın Rusiyadan asılılığından qurtulmasına, İrəvanla Kreml arasında bütün geosiyasi əlaqələrin kəsilməsinə və ermənilərin Moskvanın nəzarətindən qurtarılmasına yönəlib.
Avropa Birliyi əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə açıq şəkildə, nümayişkaranə formada, kuluar danışıqlar və gizli sövdələşmələr olmadan məramını açıqladı, planları barədə məlumat verdi.
Brüssel Ermənistanı Cənubi Qafqazda Rusiyanın forpostu olan ölkə statusundan çıxararaq Avropa Birliyinin maraqlarının, dəyərlərinin və niyyətlərinin translyatoruna çevirmək niyyətindədir.
Nikol Paşinyan beləcə, Ermənistanın Rusiyanın geosiyasi təsir və təzyiq orbitindən bilmərrə çıxarılması istiqamətində ciddi, özü də konkret addımlar atmağa başladı.
Paşinyan faktiki olaraq, Rusiya prezidenti Vladimir Putinə verdiyi vədlərə, dediyi sözlərə tam xəyanət edib. Çünki Avropa Birliyinin Ermənistana külli miqdarda yardım layihəsi İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Qərbi Avropa ölkələrinin dirçəlməsinə yönəlmiş "Marşall planı"nın təkrarıdır.
"Marşal planı"nın reinkarnasiyası sayıla biləcək "Mişel planı" gerçəkləşməyə başlayandan sonra Ermənistan Rusiyanın təsirindən tamamən uzaqlaşacaq, Qərbin tam və şəksiz təsir dairəsinə düşəcək.
Rusiya ilə Ermənistan arasındakı əlaqələrin əvvəlki, anaxronik vəziyyətdə saxlanması və Moskvanın təsir rıçaqlarının qorunmasına yönəlmiş siyasəti həyata keçirən Rusiya prezidenti Vladimir Putinin bütün cəhdlərinə, hətta hamiliyinə və dəstəyinə rəğmən, Nikol Paşinyan açıq satqınlığa əl atdı.
O, Vladimir Putinin etibarından sui-istifadə edərək Qərblə inteqrasiya yolunu seçdi.
ABŞ və Avropa Birliyinin hazırda tam dəstəyini alan Nikol Paşinyan qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməkdədir. O, Cənubi Qafqazın siyasi-iqtisadi məkanından Rusiyanın sıxışdırılıb çıxarılması istiqamətində həvalə edilmiş rolu oynayır.
Ermənistanın Qərblə tərəfdaşlığı güclənir: NATO ilə əməkdaşlıq intensivləşir, ABŞ ilə qarşılıqlı layihələrin sayı artır.
Avropa Birliyinin Ermənistana verəcəyi milyardlarla avroluq yardım isə Qərbin yeni planıdır və bu, Rusiya üçün yaxşı heç nə vəd etmir.
Ermənistanın XİN başçısı postuna aşkar "Soros uşağı" olan Armen Qriqoryanın təyinatı, diplomatik sahədə zərrə qədər təcrübəsinin olmamasına rəğmən Soros Fondunda və Fletçer İnstitutunda "zəruri hazırlıq" keçmiş Lilit Makunsun Ermənistanın ABŞ-dakı səfiri vəzifəsinə göndərilməsi bəhs etdiyimiz məcrada olan hadisələrdir.
Həmin məcra bəllidir: Paşinyan administrasiyasında Kremllə yaxın olan bütün fiqurlar postlarını tərk etməli, onların yerinə Qərbin təsdiqlədiyi adamlar təyin olunmalıdır.
Qərbin tələbi budur.
Rusiya indi, gec də olsa, Ermənistanla bağlı mövqelərini qaçılmaz təftişə uğratmalı, siyasətində dəyişikliklər etməlidir. Ya Rusiya olanları kiçik hadisələr sayaraq strategiyanı dəyişməyib Ermənistanı bilmərrə itirəcək, ya da Cənubi Qafqazda Qərbin ermənilər vasitəsilə mövqelərini möhkəmləndirmək cəhdlərinin qarşılığında addımlar atacaq.
Rusiya seçimini etməlidir.
Elçin Alıoğlu
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре