YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlər təyin olunub - SİYAHI

Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlər təyin olunub.
Day.Az Trend-ə istinadən bildirir ki, yeni sədrlər partiyanın İdarə Heyətinin iclasında təyin edilib.
Belə ki, partiyanın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlu, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu, Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlu təyin edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре