Ermənistan Türkiyə ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə hazırdır

Ermənistan Türkiyə ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə, eləcə də iki ölkə nümayəndələri arasında yüksək səviyyədə görüşlərə hazırdır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, regionda sülhün təmin olunmasının vacibliyini vurğulayıb: "Məhz bu kontekstdə biz Türkiyə ilə münasibətləri tənzimləməyə hazırıq. Bu baxımdan tənzimlənmə imkanlarından biri olaraq ali və yüksək səviyyədə görüşlərin təşkil olunmasını vacib hesab edirik".