Bu il Bakıda yerdəyişməsi aparılan şagirdlərin sayı açıqlanıb

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 46 000-dən çox şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

"Bu prosesin elektronlaşdırılması valideynlərin rahatlığına, şəffaflığın artırılmasına, təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının genişləndirilməsinə imkan verir. 2021-ci ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 479 uşaq qəbul edilib".