Dünyanın ən hündür qadını ilk dəfə təyyarəyə mindi

Boyu 2 metr 15 santimetr olan türkiyəli Rumeysa Gelgi artıq xeyli müddətdir ki, dünyanın ən hündür qadını kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Day.Az redaktor.az-a istinadən xəbər verir ki, İstanbul Hava Limanına gələn 25 yaşlı Rumeysa digər sərnişinlərin foto çəkdirmək istəyini də rədd etməyib.

Xəstəlikdən əziyyət çəkən xanım həyatında ilk dəfə təyyarəyə minərək ABŞ-a yola düşüb. Onun San Fransiskoya ilk uçuşu 13 saat çəkəcək.