Kimlərin pensiyaları artırılmayacaq?

Pensiyanın artırılması ilə bağlı qərarın hansı şəxslərə aid olmayacağı açıqlanıb.

Day.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "ARB24"ə açıqlamasında xüsusi şərtlərlə pensiyaya çıxanların həm müavinətləri, həm də onların hesablanma və artırılma qaydaları ayrı olduğu üçün artımın onlara şəmil edilməyəcəyini deyib. 

Komitə sədri əlavə edib ki, pensiya artımı həm də ailə başçısını itirməyə görə pensiya alanlara da aid olmayacaq.