Nərimanov rayonunda yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 130 m² olan kafenin içərisində 1 ədəd divan və divara quraşdırılan 3 ədəd elektrik sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü əriyib.

Kafe yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.