Şuşa, Laçın və Kəlbəcərdə bu həftə hava yağmursuz olacaq - ETSN
Şuşa, Laçın və Kəlbəcərdə yaxın günlərdə hava yağmursuz keçəcək.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Məlumatda bildirilir ki, həmin ərazilərdə səhər və axşam saatlarında duman olacaq. Gecə saatlarında şaxta 2-7 dərəcə, gündüz saatlarında isə temperaturun müsbət olması proqnozlaşdırılır. Günorta saatlarında 3-5 dərəcə isti olacaq. Axşama doğru havanın temperaturu bir qədər aşağı enərək 0-3 dərəcə şaxta intervalında dəyişəcək.
Respublikanın digər rayonlarında isə əsasən hava yağmursuz keçəcək. Dekabrın 16-da bəzi Şimal və Şərq rayonlarında az yağıntı olacaq. Həftənin sonun qədər hava nisbətən əlverişli olacaq.
Bakı və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-də, ayın 16-sı axşamdan 17-si gecə və səhər saatlarında şimal küləyi arabir 15-17 metrə qədər güclənəcək. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək, iqlim normasına yaxınlaşacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре