Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. 

Bu barədə Day.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.