"Ulduz" stansiyasında sərnişin qatar yoluna düşüb

Metronun "Ulduz" stansiyasında sərnişin qatar yoluna düşüb.

Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

"19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub ", - deyə o bildirib.

Xəbər yenilənəcək