Azərbaycanda 6 günlük bayram tətili başlayıb

Azərbaycanda 6 günlük bayram tətili başlayıb.

Day.Az xəbər verir ki, Nazirlər Kabineti "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərar verib.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Xatırladaq ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü və iş günü hesab edilməyən bayram günüdür.

Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 11 noyabr qeyri-iş günü olacaq.

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.