Tanınmış bədii gimnastdan Bakıda ustad dərsi

Avropa ikincisi və dünya üçüncüsü olan macarıstanlı tanınmış bədii gimnast Fani Piqnitski Bakıda ustad dərsi keçəcək.

İdman.biz-ə bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Ustad dərsi dekabrın 15-də reallaşacaq "Qış nağılı" beynəlxalq turniri zamanı təşkil olunacaq. Piqnitski Milli Gimnastika Arenasında keçiriləcək dərslər zamanı təcrübəsini turnir iştirakçıları ilə bölüşəcək.