Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".