https://news.day.az/azerinews/1720970.html
“Turan-Tovuz” Antalyada "Paxtakor"la oynayacaq
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Turan-Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub. İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yanvarın 9-da komanda Rumıniyanın "Qloriya Buzau"su ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.
“Turan-Tovuz” Antalyada "Paxtakor"la oynayacaq
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Turan-Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yanvarın 9-da komanda Rumıniyanın "Qloriya Buzau"su ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.
İkinci oyun 3 gün sonra təşkil olunacaq. Tovuz təmsilçisi Özbəkistan "Paxtakor"u ilə üz-üzə gələcək. Bu qarşılaşma da yerli vaxtla saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Kurban Berdiyevin komandası yanvarın 13-dək Antalyada hazırlığını davam etdirəcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре