https://news.day.az/azerinews/1720981.html
Qran-Pridə Azərbaycanı təmsil edəcək güllə atıcıları bəlli olub
Azərbaycanın güllə atıcıları Sloveniyanın Ruş şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb. Bildirilib ki, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq.
Qran-Pridə Azərbaycanı təmsil edəcək güllə atıcıları bəlli olub

Azərbaycanın güllə atıcıları Sloveniyanın Ruş şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
Bildirilib ki, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov yer alıblar.
Yarışlar yanvar 7-12-də 10 metr məsafədən pnevmatik tapança və tüfəngdən atəş kateqoriyaları üzrə keçiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре