Dəhşətli yanğın kosmosdan belə görünür

ABŞ-nın Kaliforniya ştatını bürüyən yanğının kosmosdan fotoları yayılıb.

Day.Az modern.az-a istinadən xəbər verir ki, fotolar "Roskosmos"un peykləri tərəfindən çəkilib.

Fotolarda ABŞ-ın cənub-qərbi və Meksikanı bürüyən yanğınlar görünür.

Kaliforniyada ümumi sahəsi 14 min hektardan çox olan beş böyük yanğın baş verib. Meşə yanğınları 11 nəfərin həyatına son qoyub.