https://news.day.az/azerinews/1723102.html
"Kəpəz"dən növbəti transfer
"Kəpəz" növbəti transferini rəsmiləşdirib. İdman.biz Sports.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoyevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu Tacikistan futbol tarixinin ən böyük uğurunun memarlarındandır.
"Kəpəz"dən növbəti transfer

"Kəpəz" növbəti transferini rəsmiləşdirib.
İdman.biz Sports.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoyevlə müqavilə imzalayıb.
24 yaşlı futbolçu Tacikistan futbol tarixinin ən böyük uğurunun memarlarındandır. Mabatşoyev 2023-cü ildə Qətərdə keçirilən Asiya kubokunda Tacikistan millisi ilə 1/4 finaladək irəliləməyi bacarıb. O, ölkəsinin əsas komandasının heyətində ümumilikdə 29 oyuna çıxıb və 6 qol vurub.
Mabatşoyev Tacikistanda "Barkçi", "ÇSKA Pamir Düşənbə" və "İstiklol" komandalarında çıxış edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре