Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalına başlanılacaq

Cari ildə Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq şirkətin istehsalı üçün lazımi infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur:

"Layihənin təqribən investisiya həcmi 29 milyon manatdan çoxdur".