Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb

"İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" 29 noyabr 2017-ci il tarixli və "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək. İndiyə qədər subsidiyanın verilmə müddəti ötən ilin sonuna qədər alınış kreditləri əhatə edirdi.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.