33 yaşlı azərbaycanlı rəssam vəfat etdi
![33 yaşlı azərbaycanlı rəssam](https://img.day.az/2025/02/15/800x550/maryam_alakbarli.jpg)
Fevralın 14-ündə Azərbaycan rəssamı Məryam Ələkbərli dünyasını dəyişdi.
Day.Az Milli.Az-а stinadən xəbər verir ki, Məryamın cəmi 33 yaşı var idi.Taleyin ona ayırdığı qısa zaman ərzində o müxtəlif ölkələrdə 43 sərgi keçirə bildi.Onun əsərləri Berlində və Parisdə,Moskvada və İstanbulda,Ankara və Romada,Riqa və Dovildə,Dubay və Londonda,Nyu-York və Brusseldə,Tokyo və Kannda nümayiş etdirilmişdi.Dünyanın tanınmış sənətşünasları və rəssamları onun əsərlərinə yüksək qiymət vermişdilər.
Məryam Ələkbərlinin "Balaca Şahzadə" əsərinə həsr olunmuş tabloları parlaq müziklın və animasiya filminin yaranmasına təkan vermişdi.Onun Qobustan rəsmlərini əks etdirən silsilə əsərləri görkəmli rəssam Tahir Salahov tərəfindən yüksək dəyərləndirilmişdir.
Məryamın əsərləri bizim sənət dünyamızda xüsusi yer tutur.Sənətşünaslar əmindirlər ki, ona xas olan fitri istedad illər keçdikcə öz cazibə qüvvəsini itirməyəcəkdi.
Allah rəhmət eləsin!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре