Xocalıda minaya düşərək yaralanan şəxsin ayağı amputasiya olunub

Xocalıda minaya düşən Nağı İmanovun sağ ayağı topuqdan aşağı amputasiya olunub.

Day.Az bildirir ki, bu barədə Trend-in yerli müxbirinə yaralanan şəxsin yerləşdirildiyi Bərdə Diaqnostika Mərkəzindən məlumat verilib.

Bildirilib ki, N.İmanovun həyatı təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma davam etdirilir.

XXX

18:48

Xocalıda rayonunda mina hadisəsi baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.