İstanbulda Rusiya-ABŞ görüşü keçirilir

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayır.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, danışıqlar ABŞ-nin İstanbuldakı Baş konsulunun iqamətgahında keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəlki görüş fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar aparıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре