Ötən il Azərbaycandan Cənubi Koreyaya pul köçürmələrinin həcmi açıqlanıb

Ötən il Azərbaycandan Cənubi Koreyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,4 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 9 milyon ABŞ dolları və ya 2,7 dəfə azdır.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Cənubi Koreyanın payı 1% təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Cənubi Koreyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,5 milyon ABŞ dolları idi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре