İraqdan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın azalıb

Ötən il İraqdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,5 milyon ABŞ dolları olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 12 milyon ABŞ dolları və ya 2,6 dəfə azdır.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İraqın payı 0,7% təşkil edib.

 

Qeyd edək ki, 2023-cü ildə İraqdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,5 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.