Trampa uzaqmənzilli raket hücumlarından müdafiənin 3 variantı təqdim olunacaq

Gələn həftə ABŞ prezidenti Donald Trampaı "Qızıl Qübbə" (Golden Dome) raket hücumlarından müdafiə sisteminin yaradılması layihəsinin üç variantı təqdim olunacaq.
Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi mütəxəssisləri layihənin müxtəlif miqyas və mürəkkəblikdə olan bir neçə variantını hazırlayır. Hər hansı bir variantın həyata keçirilməsi fəal şəkildə qurumlararası əməkdaşlığı tələb edəcək və bunu təmin etmək üçün xüsusi bir strukturun yaradılmasına zərurət yaranacaq.
Eyni zamanda, KİV-lərin iki digər mənbəsi artıq yeni bir bölmənin yaradılması üzərində iş aparıldığını və rəhbər vəzifələrə namizədlərin siyahısının tərtib edildiyini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре