BAMF BMT-də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı - FOTO

Martın 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları şurasının58-ci Sessiyası çərçivəsində Beynəlxalq Avrasiya MətbuatFondunun təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Konflikt zonalarında uşaqların hüquqları" adlı yan tədbirkeçirilib.
Day.Az xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, hökumətmissiyalarının, xarici QHT-lərin nümayəndələri, mövzu üzrəixtisaslaşmış elm xadimləri, media mənsubları və digər qonaqlariştirak ediblər.
İlk olaraq BAMF-ın prezidenti Umud Mirzəyev açılış nitqi iləçıxış edib. O, Qərbi Azərbaycandan deportasiya olunan və Birincivə İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmişazərbaycanlı uşaqlardan danışıb: "Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indikiErmənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədənon minlərlə uşaq yaşadığı doğma torpaqlarından deporatsiyaolunmuşdur. Birinci Qarabağ müharibəsində isə Dağlıq Qarabağvə ətraf rayonlarda öldürələnlər arasında minlərlə uşaqlar var idi" - deyə, Umud Mirzəyev bildirib.
Daha sonra Azərbaycanlı uşaqların da yer aldığı, dünyanın qaynarnöqtələrində münaqişələrdən təsirlənən uşaqların taleyindən bəhsedən "Müharibə və uşaqlar" adlı qısa videoçarx nümayiş etdirilib. BAMF-ın xüsusi nümayəndəsi Nik Nvolisa isə münaqişəzonalarında yaşayan uşaqlar haqqında hesabatı təqdim edib.Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da özəksini tapıb.
Təqdimatdan sonra tədbirin təşkilatçılarından olan "BeynəlxalqHüquqlar və İnkişaf İnstitutu"-nun idarə heyətinin üzvü, o cümlədən, "Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutu"-nun icraçı direktoru Nidal Səlim davam edən münaqişələrin uşaqlarınhəyatına təsirlərindən, Qarabağda həyatını itirən uşaqlardan və Qəzzada baş verənlərdən danışıb: "Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Qarabağda da eyni ağrılı insan talelərinin, hekayələrin şahidi olmuşuq. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir."
Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru doktor Blerim Mustafa isə bəzi mühüm statistikaları və xüsusilə Xocalı faciəsini qeyd edib: "Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə zonalarında yaşayan uşaqların sayı 10% olduğu halda, bu gün bu rəqəm təxminən iki dəfə artaraq 19%-ə çatıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişələrin mənfi təsirinin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi dəhşətli reallıqlardan biridir."
Beynəlxalq Əmək Təşkilatının Baş texniki məsləhətçisi doktor Simon Hils təmsil etdiyi təşkilatın atdığı addımlardan və prinsiplərindən danışıb: "Biz müharibələr nəticəsində sosial problemlərlə üzləşən insanların mövcud durumlarının son dərəcə ağır olduğunu bilirik. Bu müddətdə uşaqların qanunsuz olaraq işlədilməsi də ən böyük qanun pozuntularındandır və biz hazırda bununla mübarizə aparırıq. Bu gün bizim əsas prinsiplərimizdən biri sosial dialoqlar vasitəsilə sülhə dəstək verməkdir."
Texniki səbəblərdən tədbirdə iştirak edə bilməyən Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlara əsaslanaraq hazırlanmış çıxışları da auditoriyada böyük maraqla qarşılandı. Panelistlərin çıxışları yekunlaşdıqdansonra sual-cavab sessiyası təşkil olunub. Burada çıxış edən Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini və BAMF ilə olan uğurlu əməkdaşlığı qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildirib.
Tədbirin sonunda BAMF-ın beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı konflikt zonalarında yaşayan uşaqların hüquqlarının təmin olunmasını və sülh təşəbbüslərini dəstəkləyən bəyanatı səsləndirilib. Bəyanatda, həmçinin, Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar haqqında da faktlar qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре