Türkiyənin məşhur verilişi Gəncədə çəkildi

Türkiyənin Teve2 kanalında Gəncədən veriliş hazırlanıb.

Day.Az xəbər verir ki, Teve2 kanalında yayımlanan "Çok gezenti" verilişi bu dəfə Gəncədə çəkilib. Ekran işinin bu verilişi Novruz bayramına həsr olunub.

Qeyd edək ki, "Çok gezenti" Burak Akkulun təqdim etdiyi səyahət proqramıdır. O, dünyanın və Türkiyənin müxtəlif yerlərini gəzib, maraqlı məkanları, mədəniyyətləri və yeməkləri tanıdır.

Veriliş sabah günorta saatlarında yayımlanacaq.