Efiopiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, , məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram".