Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bildirilib:

"31 mart 1918-ci il tarixdə erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdiyi dəhşətli qətliamın ildönümündə, faciə qurbanlarının xatirəsini dərin hüzn və hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik".