Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı - Ramazan münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qoy bəşəriyyətin mənəvi saflaşmasının və hərtərəfli təkmilləşməsinin başlanğıcı olan bu müqəddəs bayramda xalqlarımızın birliyi möhkəmlənsin, xoşbəxtliyi artsın.
Hörmətli İlham Heydər oğlu, bütün müsəlmanların səbirsizliklə gözlədiyi və böyük sevinclə qeyd etdiyi bu müqəddəs bayram münasibətilə Sizə xoşbəxtlik və məsuliyyətli işinizdə böyük uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.
Allah niyyətlərimizi, xeyirxah əməllərimizi qəbul etsin, hamımız bir Ramazandan o biri Ramazana, bir ildən digərinə uğurla keçək.
Ramazan bayramınız mübarək!".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре