Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub - FOTO

Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qorunması və təbliği sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub.
Day.Az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
"Fondun prezidenti hörmətli Aktotı Raimkulovaya bu yüksək təltifə görə təşəkkür edirik! Bu təltif Türk Dünyasının ortaq dəyərlərinə verilən önəmin bariz nümunəsidir", - deyə paylaşımda bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре