https://news.day.az/azerinews/1744086.html
Qambiyanın vitse-prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Qambiya Respublikasının vitse-prezidenti Məhəmməd Yallou Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
Qambiyanın vitse-prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Qambiya Respublikasının vitse-prezidenti Məhəmməd Yallou Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Ramazan bayramı münasibətilə Sizə, ailənizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına rifah arzulayıram.
Bu bayramın İslam ümmətinə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və tərəqqi gətirəcəyinə ümid edirəm.
Uca Allahdan bütün dualarımızı qəbul etməsini diləyirəm.
Bayramınız mübarək!".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре