Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk

Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.

Day.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq. Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur", - Fidan qeyd edib.