Bakıda Milli Biznes İnkişafı Forumu keçirilir - FOTO

Bakıda Milli Biznes İnkişafı Forumu start götürüb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, forum "Caspian Energy Club"ın təşkilatçılığı ilə baş tutur.
Forumda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, "AzeriCard" MMC-nin baş direktor müavini Zakir Əhmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müavini Natiq Dadaşov, "Azərbaycan Hava Yolları" QSC-nin prezidentinin müşaviri Mircəfər Cəfərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov iştirak edirlər.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре