Azərbaycan Rusiya ilə milli məkan infrastrukturunun qurulmasını müzakirə edib

Azərbaycan ilə Rusiya arasında milli məkan infrastrukturunun qurulması məsələsi müzakirə edilib.

Day.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

"Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd edilib.