Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.