Bakıda Kosmik Texnologiyalar Konfransının ikinci günü başlayıb

Bakı şəhərində Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günü start götürüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) ev sahibliyi ilə keçirilir.

Komfransın ilk günündə olduğu kimi bu gün də "Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi", "Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu", "Kosmik sənayedə innovasiya və investisiyalar" və s. məsələlər gündəlikdə duran əsas mövzulardandır.

Dünən "Azərkosmos" bir sıra şirkətlərlə anlaşma memorandumu imzaladı. Bu gün də kosmik sahədə bir neçə sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, bu mötəbər tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib.
Belə ki, konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrika regionlarından nümayəndələr iştirak edirlər.

Xəbər yenilənəcək