https://news.day.az/azerinews/1750654.html
Avtomobil ən az yanacağı bu sürətdə işlədir
Avtomobil ən az yanacağı adətən 60-90 km/saat sürət aralığında işlədir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu aralıqda mühərrik nə çox yüklənir, nə də yüksək dövrlərdə işləyir, həmçinin hava müqaviməti də hələ ciddi dərəcədə artmamış olur.
Avtomobil ən az yanacağı bu sürətdə işlədir

Avtomobil ən az yanacağı adətən 60-90 km/saat sürət aralığında işlədir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu aralıqda mühərrik nə çox yüklənir, nə də yüksək dövrlərdə işləyir, həmçinin hava müqaviməti də hələ ciddi dərəcədə artmamış olur.
Məsələn, 60-70 km/saatda şəhərdənkənar düz yolda, sabit sürətlə gedəndə avtomobil yanacağa ən qənaətcil rejimdə olur. 90 km/saatdan sonra isə, xüsusilə 100 km/saatı keçəndə aerodinamik müqavimət kəskin artır və yanacaq sərfi də artır.
Avtomobilin tipi, mühərrik həcmi və ötürmə qutusu da bu diapazonu bir qədər dəyişə bilər. Amma orta hesabla 85-90 km/saat ən optimal sayılır. /lent.az
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре