https://news.day.az/azerinews/1751979.html
Çaylarda sululuq artıb
Bəzi çaylarda sululuq artıb. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Çaylarda sululuq artıb

Bəzi çaylarda sululuq artıb.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.
"Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir", - deyə əlavə edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре