Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq

Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq.
Day.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") üçüncü günü çərçivəsində təşkil olunan 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib.
O bildirib, sözügedən dronların istehsalı ilə bağlı Azərbaycan və Türkiyə şirkətləri razılıq əldə ediblər: "Həmin istehsal olunacaq kənd təsərrüfatı təyinatlı dronlar nazirliyin güzəşt tətbiq olunan innovativ avadanlıqlar siyahısına salınıb.
Bununla da bizim yerli fermerlərimiz, şirkətlərimiz o dronlardan sifariş etdiyi təqdirdə 40% dövlət dəstəyi əldə edə biləcəklər. Bu da təbii ki, dövlətin yerli istehsala göstərdiyi dəstəyi özündə ehtiva edir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре