Azərbaycanın Energetika nazirliyi günəş enerjisi üzrə bir sıra sazişlər bağlayıb

Azərbaycanın Energetika nazirliyi 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil and Gas) çərçivəsində bir sıra sazişlər bağlayıb.

Day.Az xəbər verir ki, Azərbaycanın Energetika nazirliyi ilə "Enerso Jabrail LLC" şirkəti ilə Azərbaycanda 50 meqavatt gücündə "Şəms" günəş elektrik stansiyasının inşası layihəsi üzrə torpaq sahəsinin icarəsi haqda saziş imzalanıb.

Bundan əlavə, Azərbaycanda 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyasının inşası üçün "Universal Solar Azerbaijan" şirkəti ilə torpaq icarəsi müqaviləsi də imzalanıb.