https://news.day.az/azerinews/1758004.html
Ağdamda yaşayış binaları ilə bağlı 9,2 milyon manatlıq LAYİHƏ
Azərbaycanın azad olunmuş digər əraziləri ilə yanaşı, Ağdam şəhərində də hissə-hissə bərpa, yenidənqurma və quruculuq işləri aparılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikinti işləri həyata keçiriləcək.
Ağdamda yaşayış binaları ilə bağlı 9,2 milyon manatlıq LAYİHƏ

Azərbaycanın azad olunmuş digər əraziləri ilə yanaşı, Ağdam şəhərində də hissə-hissə bərpa, yenidənqurma və quruculuq işləri aparılır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikinti işləri həyata keçiriləcək.
Belə ki, Ağdam və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində artıq bununla bağlı müvafiq işlərə start verilib.
Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.
Eyni zamanda, qurum görüləcək işlərin 9,169 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре