Ofeliya Şabanova həyat yoldaşının "xəyanət" videosuna görə üzr istədi

Müğənni Ofeliya Şabanova "Rəngarəng" verilişinə gələrək efir vasitəsilə həm yoldaşından, həm də onu sevənlərdən üzr istəyib. 

Day.Az xəbər verir ki, Ofeliya Şabanova yoldaşının ona xəyanət etmədiyini deyib. 

Xatırladaq ki, "Rəngarəng" verilişinin dünənki buraxılışında aparıcı Zaur Nəbioğlu Ofeliya Şabanovanın həyat yoldaşı Ceyhun bəyin sosial şəbəkədə xanımla birlikdə  yayılmış görüntüləri haqqında danışdığı zaman Ofeliya Şabanova aparıcının telefonunu yerə çırparaq efiri ağlayaraq tərk etmişdi.