Hazırda uşaq evlərində neçə nəfər yerləşdirilib?

Hazırda 444 nəfər uşaq evlərində yaşayır.

Day.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 1077 şəxsə nazirliyin tabeliyinə verildikdən sonra xidmət göstərilib .

"Onlardan 13 nəfəri 11-ci sinifi bitirib. Qəbul imtahanlarında iştirak edib ali və peşə təhsili üzrə yönəliblər"- deyə o əlavə edib.