"Dünyada belə daş milyona satılır, bizdə dəyərini bilən olmadı"

Xəbər verdiyimiz kimi, aparıcı Leyla Mustafayeva bir müddət əvvəl yaşadığı evin həyətindən meteorit tapıb.
Day.Az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı daşın aqibətindən danışıb. O bildirib ki, hələ də meteoritini sata bilməyib:
"Ondan bir parçanı Moskvaya göndərmişəm ki, orada araşdırılsın. Amma hələ bir xəbər yoxdur. Göydən gələn daş tapdıq, amma dəyərini yer üzündə heç kim bilmədi... Dünyada "xalxın" daşı milyonlara satıldı".
Qeyd edək ki, Leyla daşı Geologiya və Geofizika İnstitutuna aparıb. Laborator analizlərdən sonra daşın bazalt tipli meteorit olduğu üzə çıxıb. O, daşı satışa çıxaracağını bildirmişdi.
Xatırladaq ki, bu günlərdə Marsın nəhəng parçası Nyu-Yorkda hərracda 5 milyon dollara satılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре