Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir
.jpg)
Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı deyib.
"Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq", - dövlətimizin başçısı qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре