https://news.day.az/azerinews/1775627.html
Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı 7,8 milyon manatlıq işlərə başlanılır
Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə işlərə start verilir. Trend-in məlumatına görə, tikinti işləri şəhərin 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə aparılacaq. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı 7,8 milyon manatlıq işlərə başlanılır

Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə işlərə start verilir.
Trend-in məlumatına görə, tikinti işləri şəhərin 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə aparılacaq.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 7 818 565 manat ödənilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре