https://news.day.az/azerinews/1779925.html 22 yaşlı Pərvin faciəvi şəkildə öldü - Keçiyə toxundu, "tok" vurdu - FOTOLAR Diyarbakırın Yenişehir rayonunda 22 yaşlı Pərvin Altaş evlərinin həyətindəki elektrik dirəyinin yanında hərəkətsiz vəziyyətdə yatan keçini qaldırmaq üçün ona toxunduğu anda elektrik cərəyanına düşərək həyatını itirib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə zamanı keçinin də elektrik cərəyanına düşərək öldüyü müəyyən edilib.

22 yaşlı Pərvin faciəvi şəkildə öldü - Keçiyə toxundu, "tok" vurdu - FOTOLAR

Azərbaycanca, 12 сентября 2025 09:59 (UTC +04:00) 329
22 yaşlı Pərvin faciəvi şəkildə öldü

Diyarbakırın Yenişehir rayonunda 22 yaşlı Pərvin Altaş evlərinin həyətindəki elektrik dirəyinin yanında hərəkətsiz vəziyyətdə yatan keçini qaldırmaq üçün ona toxunduğu anda elektrik cərəyanına düşərək həyatını itirib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə zamanı keçinin də elektrik cərəyanına düşərək öldüyü müəyyən edilib. 

Hadisə 9 sentyabr axşamı Cumhuriyyət məhəlləsində baş verib. Pərvin Altaş evlərinin həyətindəki yaş torpaq üzərində hərəkətsiz yatan keçini görüb.

Keçiyə toxunduğu anda həyatını itirdi

Altaş keçiyə toxunduğu anda elektrik cərəyanına düşərək yerə yıxılıb. Digər ailə üzvlərinin məlumat verməsi ilə hadisə yerinə səhiyyə və jandarma qrupları göndərilib. Sağlamlıq əməkdaşlarının yoxlamasında Pervin Altaşın öldüyü təsdiqlənib.

Keçi də elektrik cərəyanına düşərək ölüb

Onun meyiti ekspertizadan sonra Yeniköy qəbiristanlığında torpağa tapşırılıb. Keçinin də elektrik cərəyanına düşdüyü və öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

  • 22 yaşlı Pərvin faciəvi şəkildə öldü
  • 22 yaşlı Pərvin faciəvi şəkildə öldü
  • 22 yaşlı Pərvin faciəvi şəkildə öldü
  • 22 yaşlı Pərvin faciəvi şəkildə öldü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости