https://news.day.az/azerinews/1779991.html Çempionlar Liqasının finalı bu stadionda olacaq - 2-ci dəfə UEFA 2026/2027 mövsümündə keçiriləcək Çempionlar Liqasının final oyununun məkanını açıqlayıb. Qərara əsasən, həlledici qarşılaşma İspaniyanın "Atletiko Madrid" klubuna məxsus "Metropolitano" stadionunda baş tutacaq.

Çempionlar Liqasının finalı bu stadionda olacaq - 2-ci dəfə

Azərbaycanca, 12 сентября 2025 13:30 (UTC +04:00) 413
Çempionlar Liqasının finalı bu stadionda olacaq

UEFA 2026/2027 mövsümündə keçiriləcək Çempionlar Liqasının final oyununun məkanını açıqlayıb. Qərara əsasən, həlledici qarşılaşma İspaniyanın "Atletiko Madrid" klubuna məxsus "Metropolitano" stadionunda baş tutacaq.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu arena tarixində ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında verilib. Həmin toplantıda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınların Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionda keçirilməsi təsdiqlənib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu da 2027-ci ildəki Çempionlar Liqasının finalına ev sahibliyi üçün namizədlər sırasında yer almışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости